Bütün Kateqoriyalar

Kateqoriyalar

  • Kateqoriyalar
  • Musiqi & Kitab & Oyun
  • Həvəs & Oyun
  • Maketlər
  • Model Avtomobillər
  • Oyun & Oyun Konsolları
  • Oyun Komandası
  • Puzzlelar
  • Uzaqdan idarə Vasitələr
  • Kitab
  • Təhsil
  • Musiqi Avadanlıqları
  • Piano
  • Akordiyonlar
  • Aksesuarlar
  • Amfi
  • batarya
  • Gitaralar
  • Mikrofonlar
  • Musiqi Avadanlıqları
  • Nəfəsli calğı aləti
  • orglar
  • Pikap
  • Professional Sistemlər
  • Qulaqlıqlar
  • telli çalğı aləti
  • vurmalı çalğı aləti
  • Yaylı Çalğı aləti
  • Süpermarket
  • Ana & Uşaq Üçün
  • Uşaq Bezləri
  • Uşaq Qidası
  • Uşaq Salfetləri
  • Çay, Kofe, Kakao
  • Çay
  • Kakao
  • Kofe
  • İçkilər
  • Enerji İçkiləri
  • Spirtli İçkilər
  • Spirtsiz İçkilər
  • Meyvə, Tərəvəz
  • Çərəzlər
  • Meyvə
  • Quru Meyvələr
  • Tərəvəz
  • Paltar Təmizlik Vasitələri
  • Paltar Təmizləmə
  • Yuyucu Tozlar
  • Qastronom
  • Kolbasa Və Sosislər
  • Toyuq Məhsulları
  • Ət Məhsulları
  • Qeyri-Qida
  • Heyvan Bəsləmə
  • Kağız Məhsulları
  • Qab Təmizlik
  • Şəxsi Gigiyena
  • Qida, Şirniyyat
  • Bal
  • Donmuş Məhsullar
  • Duru Yağlar
  • Ketçup, Mayonezlər
  • Konservləşdirilmiş
  • Qatı Yağlar
  • Yağlar
  • Quru Qida
  • Çərəzlər
  • Dənlilər
  • Makaronlar
  • Şəkərlər
  • Tez Hazırlanan
  • Unlar
  • Ədvalar, Bulyonlar
  • Şirniyyat
  • Bişintilər
  • Halvalar, Kremlər
  • Konfetlər
  • Kreklər, Çubuqlar
  • Mürəbbələr
  • Peçenyelər
  • Saqqızlar, Çipsilər
  • Səhər Yeməkləri
  • Süd Məhsulları
  • Ayran
  • Kəsmik
  • Pendirlər
  • Qatıq
  • Qaymaq
  • Süd
  • Xama
  • Yogurt
  • Təmizlik Vasitələri
  • Səth Təmizləyici
  • Ana & Uşaq & Oyuncaq
  • Baxım & Kosmetika & Hamam
  • ana Baxım
  • baxım Çantası
  • Hamam və tualet
  • Körpə Bezi və Dəsmallar
  • körpə Kosmetika
  • körpə Sağlamlıq
  • hamilə Geyim
  • Hamilə Daxili Geyim
  • hamilə paltarları
  • Hamilə Yuxu Geyim
  • Körpə / Uşaq Otağı
  • körpə Dekorasiya
  • Körpə Ev Tekstili
  • körpə Mebel
  • körpə Bəslənməsi
  • Biberon & Əmzik & Aksesuar
  • uşaq qidaları
  • Uşaq Stulu
  • körpə Geyim
  • alt Geyim
  • Dəstlər
  • Geyimlər
  • körpə Pijama
  • uşaq Geyim
  • xarici Geyim
  • körpə Hədiyyəlik
  • Ada Xüsusi hədiyyə
  • Hədiyyə Səbəti
  • Şəkil və Xatirə Dəftəri
  • körpə Təhlükəsizlik
  • Qoruyucu və Kilid
  • Təlsiz | kamera | Detector
  • Oyun & Oyuncaq
  • körpə Oyuncaqları
  • Oyun dəstləri
  • Yaz & Baxça Oyuncaqları
  • Bataryalı maşınlar
  • Baxça Oyuncaqları
  • Dəniz-Çimərlik ləvazimatları
  • velosipedlər
  • əmizdirmə
  • sinə Nasosu
  • Sinə Pedi və qorucuyu
  • əmizdirmə Aksesuarlar
  • Elektronika
  • Ağıllı Həyat
  • Ev alətləri
  • Ev control
  • Müşahidə sistemləri
  • Elektrikli Ev Alətləri
  • Hava Təmizləmə & nəm alma
  • Süpürgələr və Xalça Yuma
  • Şəxsi Baxım Alətləri
  • Tikiş Maşınaları & Aksesuarlar
  • Ev üçün elektronika
  • Aspiratörlər
  • Paltar Maşınları
  • Qab-qacaq Maşınları
  • Qurutma Maşınları
  • Sobalar
  • Soyuducular
  • Tozsoran
  • Foto & Kamera
  • Aksesuarlar
  • Fotoaparatları
  • Video Kameralar
  • Kompüter /Planşet
  • Aksesuarlar
  • Kompüter komponentləri
  • Masaüstü Kompüter
  • Modemlər
  • Monitorlar
  • Notebook
  • Planşet
  • Proqram Məhsulları
  • Şəbəkə avadanlıqları wifi
  • Yaddaş qurğuları
  • Kondisioner və qızdırıcılar
  • Kombi
  • Kompilər & Qızdırıcılar
  • Kondisionerlər
  • Sobalar
  • Şofbenlər
  • Su Qızdırıcı
  • Vantilatorlar
  • Oyunlar& Aksesuarlar
  • Kompüter
  • Playstation 2
  • Playstation 3
  • Playstation 4
  • Printer/ Scanners
  • Lazer Yazıcılar
  • Scanners
  • Qadın
  • Fen
  • TV, Görüntü & Səs sistemləri
  • 3D Eynək
  • DVD & Blu-Ray
  • Ev Filim Dinamikləri
  • Ev filim sistemləri
  • Musiqi sistemləri
  • Televizorlar
  • TV Aksesuarlar
  • Təhlükəsizlik sistemləri
  • Telefon
  • Ağıllı telefonlar
  • Cib Telefon Ehtiyat hissələri
  • Masaüstü Telefon
  • Mobil telefon
  • Mobil Telefonu Aksesuar
  • TaxılanTexnologiya
  • Ev & Ofis & Avtomobil
  • Avtomobil üçün
  • Ehtiyat hissələri
  • Reqistrator
  • Avtomobil üçün tozsoranlar
  • Oturacaq örtükləri
  • Günəşlik
  • Aksessuarlar
  • Digər
  • Dam örtükləri
  • Çerepitsa
  • Profnastil
  • Elektrik & İşıqlandırma
  • Çilçıraq
  • Lampalar
  • Elektrikli Ev Alətləri
  • Elektrikli Mətbəx Alətləri
  • qəhvə Maşınları
  • Ütülər
  • Ətçəkənlər
  • Ev Dekorasyon
  • Aynalar
  • divar Kağızları
  • divar Saatları
  • Ev ehtiyacları
  • pərdələr
  • Xalçalar
  • yastıq
  • yataq Örtüyü
  • Yataq əşyaları
  • yorğan
  • Ev və mətbəx vəsaitləri
  • Ev əşyaları
  • Mikrodalğalı sobalar
  • Mətbəx əşyaları
  • Qab-Qacaqlar
  • yemək servirsləri
  • Mebel
  • İş Otağı
  • Mətbəx
  • Qonaq Otağı
  • Uşaq otağı
  • Yataq otağı
  • Yemək otağı
  • Ofis / Dəftərxana
  • Dəftərxana ləvazimatları
  • Fotokopi Kağızı
  • məktəb ləvazimatları
  • Ofis Cihazları
  • Ofis təmizlik ləvazimatları
  • Ofis Mebelləri
  • Kreslolar
  • Pul Kassaları
  • Rəflər
  • siqaret və zibil qabları
  • Stol komplektləri
  • stollar
  • İdman & Qoruyucu
  • Avadanlıqlar
  • çadır
  • Oturma İstirahət ləvazimatları
  • Ov ləvazimatları
  • Qayıq ləvazimatları
  • şişmə Yataq
  • Termos ve Mug
  • Elektron və Optik
  • Aksiyon Kamera
  • durbin
  • Fənər
  • qol saatı
  • teleskop
  • Əl Tipi GPS
  • Fitness - Kondisyon
  • Bədən İnkişaf etdirmə Alətləri
  • kondisyon Velosipedi
  • qaçış Bandı
  • Gəzi və Səyahət
  • Bel çantası
  • Çamadan
  • Kiçik Səyahət Çantaları
  • Səyahət Aksesuarlar
  • trekking Çantası
  • İdman Alətləri
  • Basketbol
  • Bilard
  • Boks
  • Dart
  • Futbol
  • stol üstü tenis
  • Tennis
  • Üzgüçülük
  • Voleybol
  • İdman və qoruyucu geyim
  • Basketbol Ayaqqabısı
  • İdman Ayaqqabı
  • İdman Geyim & Aksesuar
  • Qoruyucu ayaqqabı
  • Qoruyucu Geyim
  • Sahə Ayaqqabısı
  • Taxıla bilinən Texnologiya
  • idmançı Qidaları
  • L-Karnitin
  • Asid Karbonhidrat
  • Xüsusi İdmançı Qidaları
  • zülal Amin
  • Şişmə Dəniz, Plaj və Hovuz Məhsulları
  • Dəniz yatağı
  • Nasos və Aksesuar
  • şişmə Bot
  • şişmə Havuz
  • Xilasetmə gödəkcələr
  • velosiped
  • dağ Velosipedi
  • Qatlana bilən Velosiped
  • şəhər Velosipedi
  • uşaq Velosipedi
  • velosiped Aksesuarları
  • Velosiped Ehtiyat hissəsi
  • velosiped Geyim
  • Geyim & Kişi/Qadın
  • Aksesuarlar
  • Çaxmaxlar
  • Nargilə və Aksesuarları
  • siqar Aksesuarları
  • Siqaret qabları
  • Təsbihlər
  • Bijüteriya
  • Aksesuarlar
  • bijüteriya Dəsti
  • Biləklik
  • bilərzik
  • Boyunbağı
  • kişi Bijüteriya
  • polad Bijüteriya
  • sırğa
  • təsbeh
  • üzük
  • Xüsusi Bijüteriya
  • günəş eynəyi
  • Kişi
  • Qadın
  • uşaq
  • Kişi
  • Aksesuar
  • ayaqqabı
  • Çanta
  • daxili Geyim
  • Geyim
  • İdman Ayaqqabısı
  • İdman Geyim
  • Kəmər
  • papyon
  • qalstuk
  • Qoruyucu
  • Qadın
  • Aksesuar
  • ayaqqabı
  • baş örtüklər
  • Çanta
  • Cüzdanlar
  • çətir
  • daxili Geyim
  • Gödəkçələr
  • Hicab Geyim
  • İdman Ayaqqabı
  • İdman Geyim
  • Köynəklər
  • Papaq
  • saç Aksesuarlar
  • qızıl
  • Kişi
  • Qadın
  • saatlar
  • divar Saatları
  • qol saatı
  • stol Saatları
  • uşaq Geyimləri
  • İdman Ayaqqabısı
  • İdman Geyimi
  • Oğlan uşağı
  • Qız uşağı
  • Gözəllik & Sağlamlıq
  • Ağız Baxım Məhsulları
  • Ağız qarqarası
  • Diş Fırçası
  • Diş İpləri
  • Diş Parıldadıcısı
  • Ayaq və Dırnaq Baxımı
  • Ayaq qoxusuna qarşı
  • Döyənək və Göbələk Məhsulları
  • Manikür və Pedikür
  • Qoruyucu Məhsullar
  • Duş & Hamam Məhsulları
  • Odekolonlar
  • Antibakterial Sabunlar
  • Aynalar və Hamam Aksesuarlar
  • Deodorant
  • Deodorant Odekolonlar
  • Duş gel
  • Masaj Yağlar
  • Qadın Gigiyena Pedləri
  • Sabunlar
  • Vanna Duzu Köpüyü və Yağlar
  • Dəri & Bədən Məhsulları
  • Bədən Baxımı
  • Dodaq Baxımı
  • Gözə Qulluq
  • Üz Baxımı
  • Epilyasiya & Ağda Məhsulları
  • Epilatörlər
  • tük tökücü
  • Təraş Məhsulları
  • Günəş Baxım
  • bürüncləşdiricilər
  • Günəş Krem və losyonlar
  • Günəş Sonrası Məhsullar
  • Uşaq Günəş Məhsulları
  • Kişi Baxım məhsulları
  • Saç Saqqal, Tük Təmizləmə
  • təraş Bıçaqları
  • Təraş Maşını
  • təraş Sabun, Krem, Köpük gel
  • Təraşdan Sonrakı Məhsullar
  • Makiyaj
  • Dırnaqlar
  • Dodaqlar
  • Gözlər
  • Makiyaj Fırça və Aksesuarlar
  • Makiyaj təmizləyicilər
  • Üz üçün
  • Yanaqlar
  • Saç Baxım Məhsulları
  • Baxım Kremləri
  • Losyon və spreyləri
  • saç kremi
  • saç maskaları
  • saç qurutma cihazları
  • Saç rəngləri
  • saç spreyləri
  • Saç şəkilləndirmə Cihazları
  • saç tökülməsinə qarşı Məhsullar
  • şampunlar
  • Ətir
  • Kişi ətri
  • Qadın ətri
  • Unisex
#

Azərbaycanda onlayn ticarət

Bu gün “onlayn ticarət” sahəsinin formalaşması insanların alış-veriş işinin xeyli asanlaşmasına səbəb olub. İnternetin verdiyi bu xidmət sahəsində istədiyimiz əşyanı həm alış, həm də satış işini daha rahat və sürətlə həyata keçirə bilirik. Hazırda elə insan yoxdur ki, özü və ya tanıdığı kimsə onlayn aliş-verişdən faydalanmasın. Statistik məlumatlar göstərir ki, Azərbaycanda onlayn alış-veriş sahəsindəki iş imkanları 150% artıb. Sözügedən ticarət sahəsinin formalaşması yeni iş sahələrinin ortaya, bəzi peşə sahələrinin isə önə çıxmasına səbəb olub. Onlayn ticarətdə reallıqlar Onlayn ticarətin ən böyük üstünlüyü, zamandan və məkandan asılı olmayaraq dünyanın istənilən bir yerindən və istənilən saatda müştərilərə alış-veriş etmək imkanı yaratması, istifadəçilərin məhsul və xidmətləriniz haqqında daha asan və sürətli məlumat əldə etməsini təmin etməsidir. Eyni zamanda işlətmə xərclərinizi azalda bilər, iş sahiblərinə real həyatda edə bilməyəcəklərini etmə imkanını təmin edir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında ölkədə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,1 milyon manatlıq məhsul satılıb. Bu, 2016-cı ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 1,7 dəfə çoxdur. Bu rəqəm daha çoxda ola bilər. Çünki müəyyən problemlər mövcuddur. Azərbaycanda internet istifadəçilərinin sayı 6 milyona yaxın olsa da onların böyük əksəriyyəti şəhər əhalisi, daha doğrusu, Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin əhalisinin payına düşür. Bu statistika isə onu deməyə əsas verir ki, ölkədə internet istifadəçilərinin şəhər və kənd əhalisi üzrə paylanmasında disproporsiya vardır. Regionlarda aktiv internet istifadəsinə ehtiyac duyulur. İnternet istifadəçiləri daha çox gənc nəslin nümayəndələridir və təbii ki, onlar alqı-satqı əməliyyatlarının aktiv istifadəçi təbəqəsi deyil. Elektron ticarət isə birbaşa internetdən asılı olduğu üçün regionlarda internetə olan marağın az olması bu sahənin inkişafına öz mənfi təsirini göstərir. Hazırda mobil telefon vasitəsilə də internetə çıxışın mümkünlüyü nəticəsində internet istifadəçilərinin böyük bir qismini mobil telefon istifadəçiləri təşkil edir. Bu isə hələ e-ticarətə maraq yaradan səbəb deyil. Digər səbəb isə insanlarda elektron ticarət vərdişinin olmamasıdır. İnsanlarda bu vərdişi yaratmaq üçün elektron ticarətə müəyyən güzəştlər edilməli və bu hal müəyyən müddət davam etməlidir. Ən azından e-ticarətdə qiymətlər ənənəvi ticarətdən aşağı olmalıdır ki, insanlarda elektron ticarət vasitəsilə alış-veriş etmək üçün maraq yaransın. Azərbaycanda elektron ticarətin inkişafının gecikməsinin əsas göstəricisindən biri ölkə əhalisinin az qismində plastik kartların olmasıdır. Plastik kartları bir qismi təxminən 80% maaş və pensiyaların ödənilməsi məqsədi ilə vətəndaşlara verilmiş kartlardır. Digər tərəfdən əhali plastik kartlardan əksər hallarda bankomatlardan nağd pulun çıxarılması məqsədi ilə istifadə edir. Buna səbəb isə plastik kartların istifadə edilməsi qaydalarının daha az qavranılması və marifləndirmə sahəsində işlərin demək olar ki, aparılmamasıdır. Halbuki, plastik kartlar müasir dövrdə nağd pul dövriyyəsinin məhdudlaşdırılması və elektron ticarət sferasına inteqrasiya aləti kimi anlaşılır. Məhz bu prizmadan yanaşdıqda e-ticarətin inkişaf etməsi və ümumi ticarət dövriyyəsində xüsusi çəkisinin artması bu sahədə aparılacaq maarifləndirmə işlərindən asılı olacaq. Onlayn ticarətin inkişaf perspektivləri Onlayn ticarətin alıcılar, şirkətlər və ölkə üçün bir çox üstünlükləri var: elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur. Belə ki, elektron ticarət zamanı ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur, nəticədə vergidən yayınma halları praktik olaraq mümkün olmur. Ölkədə elektron ticarətin inkişafı üçün ilk növbədə insanları bu sahəyə cəlb etmək lazımdır. Bunun üçün isə, müəyyən güzəştlər tətbiq edilməli və konkret addımlar atılmalıdır. Elektron ticarət xüsusən sahibkar üçün də sərfəlidir. Elektron ticarətə müəyyən vergi güzəştləri tətbiq edilə bilər, məsələn, bu e-ticarəti ƏDV-dən azad etmək ola bilər. Lakin yumuşaq və müəyyən müddətdən sonra. Vergilər Məcəlləsinə edilən son dəyişikliklər içərisində elektron ticarətə dair xüsusi qeyd əlavə olunub. Bu qeyddə, onlayn sifarişlə alınan mallara görə, əlavə dəyər vergisi (ƏDV) tətbiq ediləcəyi göstərilib. Vergilər Nazirliyində hesab edirlər ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq və hər sifariş ediləcək malın dəyərinin 18%-i ƏDV kimi tutulacaq. Bəziləri tərəfindən bu mənfi qarşılansa da bu ölkədən valyuta çıxşının qarşısını almağa və daxili bazarın inkişafı üçün yönəlmişdi. İndiki məqamda ölkədə daha çox bu sektorun inkişafına yönələn kompleks tədbirlərin hazırlanması, bütövlükdə infrastrukturun inkişafı, bəlkə də bu sahədə dövlət proqramının qəbul edilməsi üzərində işlənməli, internet biznes mühitinin, internet mağazalarımızın, elektron ticarətin inkişafına, populyarlaşmasına yönələn addımlar atılmalıdır. Bundan başqa qanunvericilik tamamilə yenidən işlənməlidir.Qonşu ölkələrdə də, elə Azərbaycanda da 10-15 il öncə, genişzolaqlı İnternet hələ yenicə ayaq açanda elektron ticarətlə bağlı qanun qəbul edilib. Qonşu ölkələr artıq bu sahədəki qanunlarını tam yeniləyiblər. Bu ölkələrdə internet mağazaların rəqabətə tab gətirməsini müzakirəyə çıxarıblar. Ölkəmizdə isə 2005-ci ildə bununla bağlı qanun qəbul edilib. Mühitin tam dəyişməsinə baxmayaraq elektron ticarətlə bağlı qanun hələ də dəyişməyib. Həmin dövrdə elektron ticarətin qurulacağı platformada 1 mb/s internetin qiyməti 4- 5 min manat idi. İndi ölkəmizdə elektron ticarətin inkişafı üçün zəruri şərt olan auditoriya, yetərli internet istifadəçiləri olsa da, faktiki bazar zəifdir. Milli internet seqmentimizdə biznes qurmaq üçün yaradılan qurumların, saytların xeyli hissəsi 2-3 ildən sonra yox olur. Burada problem normal biznes-kontent məsələsində deyil, həm də, ümumiyyətlə, Azərbaycan internetində kommersiya , pul qazanmaq imkanlarının yetərincə inkişaf etməməsidir. Yəni, internet biznes qurumu mühitin problemləri ucbatından da pul qazana bilmir. Bunun səbəbləri öyrənilməlidir. Hələ də “PayPal” ödəniş sisteminin Azərbaycanda tam fəaliyyətini təmin etmək mümkün olmayıb. Onlayn fomada alınan malların effektiv çatdırılma - daşıma mexanizmləri yaradılmalıdır. Onlayn ticarətdə sahibakarlarmızın rolu Yerli şirkətlər onlayn ticarətdən maksimum istifadə etməldir. Bu həm şirkətlərə əlavə xərclərdən qaçmağa imkan verər, həm də ixrac əməliyyatlarını genişlədirməklə digər dövlətlərin bazarına çıxmağa, əlavə vəsait əldə etməyə imkan verəcək. Çünki, 2020-ci ildə qlobal e-ticarət həcminin 64 faizinin inkişaf etməkdə olan ölkələr tərəfindən yaradılması gözlənilir. Dünyada e-ticarət həcmi 400 milyard dollarlıq bir həcmə çatıb. E-ticarət böyüməyə davam edərək, 2020-ci ildə 1 trilyon dollar yaxınlaşacaq. Məsələn: “Azexport.az” portalına 2017-ci ilin 4 ayı ərzində 42 ölkədən ixrac sifarişləri daxil olub. Aprel ayında Azexport.az portalına daxil olan sifarişlərin ümumi dəyəri isə 29.9 milyon ABŞ dolları olub. Ümumulikdə isə 2017-ci ilin 4 ayı ərzində “Azexport.az” portalına 111 milyon ABŞ dollarından çox ixrac sifarişi daxil olub. Beləliklə, ötən ilin 4 ayı ilə müqayisədə qeyri neft sektorunda ixrac 22 faiz artıb. İxracın artmasına Azexport portalı öz töhfəsini verir. Azexport.az fəaliyyətinə başlayandan sonra Azərbaycan məhsulların beynəlxalq platformalarda, o cümlədən Alibaba.com platformasında təmsil olunma səviyyəsi 50 dəfə artib. Eyni zamanda beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır. Çünki Azexport.az portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgləyir. Bütün bunlara baxmayaraq təəssüf ki, ölkədə iş adamlarının elektron ticarət sektoruna sərmayə yatırması faktlarına az-az rast gəlinir. Azərbaycanda investorlar daha çox tikintiyə, ticarətin müxtəlif növlərinə yatırım edirlər. İntellektual biznesə, innovasiyaya, elektron ticarətə yatırım etmək istəyinə rast gəlmirik. Əlbəttə, bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. İş adamı düşünür ki, yatırım etdiyim sektor bir neçə aydan sonra gəlir gətirməlidir. İş adamı qısa müddətdə yatırım etdiyi vəsaiti götürmək düşüncəsindədir. Elektron ticarət isə uzunmüddətli prosesdir. Sahibkarlarla iş aparmaq, onları inandırmaq lazımdır ki, gördükləri elektron resursların arxasında əslində milyardlar dayanır. Sahibkar görməlidir ki, görünən iş əslində şəkil deyil, onun arxasında maliyyə var, resurslar var. Bunun üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və media birgə iş aparmalıdır. Sahibkar bilməlidir ki, elektron ticarət ona nə qazandıracaq, bu sahənin hansı üstünlükləri var. Müəyyən pozitiv mesajlar çatdırılmalıdır ki, sahibkarlar da bu sahənin inkişafında maraqlı olsunlar. Sahibkarlarla aparılacaq birinci iş maarifləndirmə daha sonra təhlükəsizliklə bağlı təminat olmalıdır. Bu mesajlar verilməlidir ki, sahibkar da güvənli olsun. Sahibkarlar görməlidir ki, onlayn ticarətdə işıq pulu, qaz pulu, su pulu, icarə pulu və digər ödənişlər yoxdur, hər şey internet üzərindən görülür, o zaman onlar da bu sektora maraq göstərəcəklər. Bunun üçün isə maarifləndirici işlər görmək lazımdır. Virtual aləmdə biznesin inkişaf etdiyi bir dövrdə Azərbaycan sahibkarının həm ölkə daxilində, həm də xaricdə öz məhsullarını istehlakçılara təqdim etmək, rəqabətqabiliyyətliyinin yüksəldilməsi, resurslara qənaət olunması, bazarın əhatə dairəsinin genişləndirilməsi baxı- mından elektron ticarətin inkişaf etdirilməsində hökumət tərəfindən bir sıra islahatların aparılması mühüm məsələlərdən biridir. Çünki elektron ticarətin inkişafı sahibkarlığın tərəqqisinə dəstək göstərməklə yanaşı, sonda ölkəmizin iqtisadiyyatının davamlı yüksəlişinə öz töhfəsini verəcəkdir. Ölkəmizdə elektron ticarət sektorunun potensial imkanları daha böyükdür. İstər vətəndaş cəmiyyəti qurumlarının və özəl şirkətlərin həyata keçirdikləri layihələr, istərsə də dövlət dəstəyi nəticəsində Azərbaycanda elektron ticarət sektoru inkişaf edəcək və bu sahədə də regionun liderinə çevriləcəkdir.